20 Noyabr 2022 16:57
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 31 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, xəstəlikdən ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 823 954 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 750 nəfər müalicə olunaraq sağalıb, hazırda 232 aktiv xəstə var. Bu günə qədər 9 972 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 620, bu günə qədər isə ümumilikdə 7 356 956 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər