Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə biləcək.
Teleqraf.com-un xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksni tapıb.
Layihənin ilkin versiyasında siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.
Dövlət qeydiyyatına alınması üçün isə siyasi partiyanın azı 5000 üzvü olacaq.
Layihənin ilkin versiyasında bu tələb 10 min idi.