21 Noyabr 2022 12:25
243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 21-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyəti həmçinin Şəhidlər xiyabanını və Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edib.

Ziyarətdə Azərbaycan Baş nazirinin müavini, YAP sədrinin müavini Əli Əhmədov, YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı və digər rəsmi şəxslər də iştirak ediblər.

N.Kurtulmuş ziyarətdən sonra jurnalistlərə açıqlamasında deyib ki, hakim Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün Azərbaycanda səfərdədir: “Bu, Türkiyənin sevgisinin, qardaşlığının, dostluğunun göstəricisidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər