Azərbaycanda parlament seçkilərində etibarlı səslər qazanan, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara maliyyə yardımı ayrılacaq.
Teleqraf.com xəbər verir ki, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.
Layihədə qeyd edilib ki, siyasi partiyanın fəaliyyətinin bu qanunun 25.2-ci maddəsinə uyğun olaraq maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardımı ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə vəsait nəzərdə tutulur.
Həmin vəsaitin 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanan, lakin qanunverici orqanda təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünəcək.
Qeyd edək ki, bununla bağlı qanunverciilikdə indiyədək hər hansı bir müddəa mövcud deyildi.