“Demokratik İnkişafın Təşviqi” İctimai Birliyi Quba rayonunda “Sözdən Əmələ” – İctimai yerlərdə zibil qutularının birgə monitorinqi və aşkarlanan problemlərin müzakirəsi” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Quba Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Rayon İcra Hakimiyyətinin Sosila-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin baş məsləhətçisi Fərid Əhmədxanov açaraq, tədbir iştirakçılarını salamladıqdan sonra sözü layihənin rəhbəri Çingiz Dadaşova verib.
Çingiz Dadaşov layihə haqqında məlumat verib. O, bildirib ki, layihənin əsas məqsədi ekoloji maarifləndirmədir. Tullantıların çeşidlənməsindən danışan layihə rəhbəri bildirib ki, xarici ölkələrdə bu məsələ geniş yer alsa da, hələ ki, Azərbaycanda yeni formalaşmağa başlayır: “Xarici ölkələrdə geyinilməyən paltarları, ayaqqabıları təmiz yuyub, torbalara qoyub, zibil yeşiklərinə yaxın bir yerə qoyurlar. Bizdə, paytaxt Bakıda bu ənənə yeni formalaşır. Bu çox yaxşı ənənədir. Kimlərinsə həmin paltarlara ehtiyacı olur”.
Çingiz Dadaşov təmizliyin qorunmasında ictimai qınağın mühüm yer tutuduğunu deyib.
Daha sonra layihənin eksperti, Şaban Nəsirov çıxış edib. O, ekoloji məsələlərin daim hökumətin diqqət mərkəzində olduğunu, bu istiqmətdə mütəmadi layihələrin həyata keçirildiyini deyib.
Ekspert Şimal rayonlarının, o cümlədən də Qubanın turizm bölgəsi olduğunu xatırladaraq, əlavə edib ki, həm də bu baxımdan bölgədə təmizliyə önəm verilməsi vacibdir. Şaban Nəsirovun fikrincə, son illər Azərbaycanın şəhər və rayonları təmizlik, abadlıq baxımından heç də digər ölkələrdən geri qalmır. Bu məsələdə maarifləndirmə işləri də öz nəticəsini verib.
Ekspert kommunal təmizlik işçilərinin zəhmətlərinin danılmaz olduğunu deyib. Şaban Nəsirovun sözlərinə görə, ekologiyanın qorunması, təmizliyə riayyət olunması inzibati metodlarla tənzimlənən məsələlər sırasında deyil: “Bunun yolu yalnız maarifləndirmə işlərindən keçir. Təkcə bu rayonun hər bir sakini yerə bir zibil atarsa və bu təmizlənməzsə, təsəvvür edin, hansı mənzərə yaranar. Fransada kommunal təmizlik işçilərinin tətili zamanı çox acnacaqlı bir mənzərə yaranmışdı, şəhərlər qalaq-qalaq zibilxanalarla dolmuşdu. Deməli, yalnız kommunal sektor işçilərinin əməyi ilə də təmizlik əldə etmək mümkün deyil”.
Ekspert qeyd edib ki, şimal bölgəsində aparılan monitorinqin nəticəsinə əsasən, rayon mərkəzlərində ətraf mühitin təmizliyinə daha ciddi riayyət olunduğu məlum olub. Kəndlərdə isə hələ də problemlər qalır və maarifçilik işlərinə ehtiyac qalmaqdadlr.
Sonda Çingiz Dadaşov tədbirin təşkilində göstərdiyi dəstəyə görə, rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və icra hakimiyyətinin nümayəndəsi Fərid Əhmədxanova öz təşəkkürünü bildirb