23 Noyabr 2022 12:05
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirlir.

Teleqraf.com-un məlumatına görə, müzakirələrdə çıxış edən Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bildirib ki, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatlar həyata keçirilir.

Onun sözlərinə görə, sistemli xarakter alan bu dəyişikliklər cəmiyyətin bütün sahələrini əhatə edir.

Milli Məclis sədrinin müavini bildirib ki, parlament də qanunvericilikdə bu təşəbbüsə qoşulmalı idi: “Ona görə də Milli Məclisdə təmsil olunan siyasi partiyalar belə qanun layihəsinin hazırlanmasının zəruri olduğunu əsaslandırdı.

“Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zəruri idi. Hazırda mövcud olan "Siyasi partiyalar haqqında” qanunun qəbulundan 30 il vaxt keçib. 1995-ci ildə Konstitusiyamız qəbul edilib, cəmiyyətin qanunları köklü şəkildə dəyişib”.

Fəzail İbrahimli nəzərə çatdırıb ki, qanun layihəsinin ilkin variantının 18 maddəsinə 45 dəyişiklik edilib, amma bu da son deyil: “İlkin variantla bu gün təqdim olunan layihə arasında da kifayət qədər fərq var, təkmilləşdirilib”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qeyd edib ki, tənqidlər əsasən ona yönəlmişdi ki, birləşmək hüququ pozula bilər: “Müzakirələr məhz sizin fikirlərə söykənib. Partiyaların qeydə alınması üçün müddət iki dəfə artırılır, qeydə alınmaq üçün tələb olunan üzv sayı il bağlı rəqəmlər də iki dəfə azaldılır. Yanaşmanın məntiqi bundan ibarətdir. Bu layihə konstitusiya qanununun tələblərinə tam cavab verir. Sizin fikirləriniz bizim üçün plenar iclasda əsas olacaq. Layihə ortaq siyasi akt hesab oluna bilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər