23 Noyabr 2022 12:20
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siyasi partiyalar haqqında" qanun qəbulunun səbəbi Azərbaycanda yeni sistem formalaşdırmaq və Azərbaycanın demokratik dövlət kimi güclənməyində böyük töhfədir.

Teleqraf.com xəbər verir ki, bunu Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Milli Məclisdə İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Mollazadə bildirib ki, müəyyən məqamlarda qanun tərəfindən həm partiya yaradıcılarına, həm də partiyada siyasi fəaliyyətlə məşğul olan şəxslərə məhdudiyyət qoyulur:

“Məsələn, dini ekstremizmin və dini faktorun siyasətdən kənarlaşdırılması kimi. Bu bir ehtiyacdır. Xarici dövlətin Azərbaycanın siyasi sisteminə hansısa Vardanyanlar, Medvedçuklar yol açmasına imkan verməmək zənnimcə, çox məntiqlidir və zəruridir”.

Deputat əlavə edib ki, dövlətin partiya fəaliyyətinə daha çox müdaxiləsinin qarşısı alınmalıdır:

“Bunlara ehtiyac varmı? Düşünürəm ki, bütün məhdudiyyətlər ciddi şəkildə azaldılmalı və ya qanundan çıxarılmalıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər