23 Noyabr 2022 12:17
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qanunun tərəfdarı olmuşam. Bunun üçün əsaslarım olub. Ona görə də qəbulu üçün səs verəcəm. Qanuna mütərəqqi dəyişikliklər olub.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Milli Cəhbə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib.

O qeyd edib ki, Milli Cəbhə Partiyasının qanunla bağlı üç prinsipi var:

“Birincisi, bu qanun ayrı-ayrı partiyaların və şəxslərin fəaliyyətinin məhdudlaşdıırlmasına yönəlməyib. İkincisi qanun ölkəmiz qarşısında dayanan bəzi çağırışlar mövcud olduğu dövrdə aktualdır və onların qarşısının alınmasına yönəlib. Üçüncüsü isə partiyaların maliyyələşməsinə yeni yanaşmalar var ki, bu qanun partiyalara stimul verəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər