23 Noyabr 2022 12:48
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maraqlı və sərbəst müzakirə gedir. Müzakirə konseptual baxımdan aparılır. Bu, o deməkdir ki, qanun layihəsinin məqsədi nədir, bizə lazımdırmı, dövlətə və cəmiyyətə nə verəcək kimi məqamlara aydınlıq gətirilir”.

Teleqraf.com xəbər verir ki, bunu komitə sədri Ziyafət Əsgərov Milli Məclisdə İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Ziyafət Əsgərov bildirib ki, qanun layihəsi ictimai dinləmələrdən keçib: “Məqsəd cəmiyyətə mesaj verməkdir ki, bu gün Azərbaycan iqtidarı və dövləti maraqlıdır ki, siyasi partiyaların təşviqi artsın, onlar güclənsin, inkişaf etsin. Yəni partiyaların çoxluğu çoxpartiyalı sistem demək deyil. Ölkədə 50-dən çox partiya var, amma çoxpartiyalı sistem oturuşubmu? Yox. İqtidar maraqlıdır ki, siyasi partiyaların rolu artsın. İllərdir seçkilərdə iştirak etməyən partiyanın cəmiyyətədə xeyri yoxdursa, siyasi sistemin formalaşdırımasında iştirak etməyəcəksə, onda partiya yaratmağın nə mənası var? Avropanın aparıcı ölkələrində müəyyən müddət ərzində seçkilərdə iştirak etmədiyi təqdirdə fəaliyyətinə xitam verirsə, bizim siyasi partiyalar buna hazırdırmı?”.

Siyasi partiyalar arasında maliyyənin bölüşməsinə gəldikdə Ziyafət Əsgərov deyib ki, bu, parlamentdə deputat sayı ilə müəyyən edilir: “Əgər YAP parlamentdə 70 deputatla təmsil olunursa, aydındır ki, bu, maliyyə paylaşımında nəzərə alınır. Əlbəttə, faizlərlə bağlı müzakirə edilə bilər. Amma demək istəyirəm ki, hər şeyin əsası var. Qüdrət müəllim dövlət qulluqçularının siyasi partiya üzvü olmaması haqda təklif səsləndirdi. Niyə? Burada qanun layihəsində qeyd edilir ki, insan hüquq azadlıqları haqqında konvensiya nəzərə alınır. Qanun belə məhdudiyyətlərə getməməlidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər