23 Noyabr 2022 12:54
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı müzakirələr çox maraqlı keçir. Qanun layihəsinə qısa müddət ərzində 45 dəyişiklik edilib. Hesab edirəm ki, bu müzakirələr cəmiyyyətin qanun layihəsi ilə bağlı şəffaf bilgilənməsinə gətirib çıxaracaq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Kamaləddin Qafarov bildirib.

O qeyd edib ki, Yeni Azərbaycan Partiyası hər zaman rəqib partiyaların inkişaf etməsini istəyir:

“Bunun da nəticəsi qanuna qısa vaxt ərzində bu qədər çox – 45 dəyişiklik edilməsidir. Hesab edirəm ki, bugünkü iclasda həmkarlarımın fikirlərinə bir qədər də loyal yanaşmaq lazımdır. Bu yumşalmalar getməlidir, olmalıdır”.

Kamaləddin Qafarov qeyd edib ki, daha çox müzakirələr partiya üzvlərinin sayı ilə bağlıdır:

“Belə olmasa, hərə bir partiya yaradar və biz neqativ hallarla rastlaşarıq. Bununla bağlı YAP-ın mövqeyi daha şəffadır və insanlar bu partiyanın mövqeyinə yüksək dəyərləndirirlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər