"Azərbaycan Dəmir Yolları" QSC Həkəri çayı üzərində ölkənin ən böyük dəmir yolu körpüsünü tikir.
Teleqraf.com xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
Bildirilib ki, körpünün uzunluğu 418 metr, eni isə 6,5 metr olacaq.
Bu körpü Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası çəçivəsində görülən işlərin tərkib hissəsidir. Yolun təməli ötən il fevralın 14-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub və layihənin gələn ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.
Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Xətt boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək.