Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin müəllim Məhəmməd Qarakişiyev ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın qalibləri sırasında yer alıb.
Publika.az-ın “Azərbaycan müəllimi” qəzetinə istinadən verdiyi xəbərə görə, M.Qarakişiyev 50 finalçı arasında yer alıb.
“Varkey GEMS" Fondunun yaydığı açıqlamada (www.globalteacherprize.org) bildirilir ki, mükafat fondu 1000000 ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib.
Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə onlardan 1300-ü keçib. Final mərhələyə isə Məhəmməd Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50 finalçı bütövlükdə 26 ölkəni təmsil edir.