25 Noyabr 2022 11:27
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, layihə haqqında deputatlara İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O qeyd edib ki, birinci oxunuş zamanı layihə haqqında həm biz, həm maliyyə və iqtisadiyyat nazirləri, eləcə də Milli Bankın sədri və digər şəxslər çıxış edib: “Eləcə də 50-dən çox deputat həmkarım çıxış edib, müəyyən təkliflər irəli sürüb, ümumilikdə layihəni müdafiə edib”.

Komitə sədri deyib ki, 2023-cü ilin dövlət büdcəsi ötən ilki büdcə gəlirlərindən 1,5 milyard manatdan çox, xərcləri isə 996,1 milyon manat artırılıb. Onun sözlərinə görə, növbəti ildə büdcə kəsri 2,5 milyard nəzərdə tutulur:

“Büdcədə neftin bir barreli 50 dollardan götürülüb. Növbəti ildə inflyasiyasının 6,6 faiz olacağı, orta aylıq əmək haqqının isə 838 manat olacaq. Eyni zamanda vergi və gömrük xidmətlərindən büdcəyə daxil olan gəlirlər 1,8 milyard manat artırılıb. İşğaldan azad edilən ərazilərimizin bərpası və qayıdış proqramının gücləndirilməsinə 3, müdafiə potensialının gücləndirilməsi və təhlükəsizlik sahəsinə 8,62,9 milyard manat, təhsil sahəsinə 4,4 milyard manatdan çox ayrılır”.

Tahir Mirkişili əlavə edib ki, artıq büdcədən dotasiya almayan rayonların sayı 57-yə çatıb və bu, müsbət haldır.
Komitə sədri həmkarlarını layihəni dəstəkləməyə çağırıb.


Müəllif: Nemət

Oxşar xəbərlər