25 Noyabr 2022 11:38
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda dərman qiymətləri Türkiyədən 3 dəfə bahadır. Kiminsə mənfəət qazanması üçün xəstələr başqalarının qapısında əziyyət çəkir, bir dərman tapanda digərini tapa bilmir. Hesab edirəm ki, buna ciddi diqqət olmalıdır. Biz 30 ildir müstəqilik, amma dərman sənayesi yaratmamışıq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa səsləndirib.

O, bu kimi halların həllini vacib sayıb: "Əmək haqlarının artırılması yaxşı olsa da, bahalıq onu yeyir".

Deputat eyni zamanda təhsil sahəsində də problemlərin olduğunu bildirib: “Bizim uşağın oxuduğu məktəb 700 şagird üçün nəzərdə tutulur, amma orada 2400 şagird oxuyur”.


Müəllif: Nemət

Oxşar xəbərlər