25 Noyabr 2022 11:50
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin sonuna qədər 1 milyon 200 min məhkəmə qərarının icra edilməsi planlaşdırılır. Bu, kifayət qədər böyük rəqəmdir. Bu qərarların icra olunmaması ciddi problemdir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclsin plenar iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat əlavə edib ki, hakimlər qəbul etdiyi qərarlara və onun icrasına görə, məsuliyyət daşıyır:

“Maliyyə naziri Samir Şərifov da buradadır. Vəsait ayrılmalıdır ki, məhkəmə qərarları icra edilsin. Bu, dövlətə inam, investisiya, inkişaf deməkdir. Əgər məhkəmə qərarları tam miqyasda icra edilmirsə, bu, investorları da ölkəyə yatırım qoymağa çəkindirər".

Deputatın sözlərinə, SSRİ ona görə dağıldı ki, dövlət mülkiyyəti özünü doğrultmadı: “Biz böyük özəlləşdirməyə getməliyik. Bu yolla dövlət büdcəsini 2-3 dəfə artıra, rəqabətli bazar iqtisadiyyatına keçid edərik. Mən bilirəm ki, İqtisadiyyat Nazirliyi və digər müvafiq qurumlar müəyyən addımlar atırlar. Böyük islahatlara gedilməsə, nəticə bizim arzuladığımız səviyyədə olmayacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər