25 Noyabr 2022 12:23
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndiyə qədər Xəzər, Pirallahı rayonlarında çox iş görülüb. Amma elə layihələr də var ki, hələ də həllini tapmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Rauf Əliyev deyib.

O qeyd edib ki, iki deputat baş nazirə yazılı müraciət göndərib:

“Xəzərdə 5 qəsəbədə yeraltı sular çıxır. Yağış yağanda bu qəsəbələrdə vəziyyət çox pis olur. Şağan qəsəbəsi çox pis vəziyyətdədir. Mən təklif edirəm ki, ildə bir yeni qəsəbə salınsın.

İkinci problem qeydiyyatsız yaşayış evləri ilə bağlıdır. Xəzər rayonunda 16 min, Pirallahıda isə 1500 qeydiyyatsız ev var. Burada yaşayanlar qaz, su və işıq istəyirlər, amma müvafiq qurumlar da deyir ki, bunlar qeydiyyatsız yaşayış yeri olduğundan hər hansı bir layihə işləyə bilməzlər.

Üçüncü problem isə məktəblərdə müşahidə olunan sıxlıqla bağlıdır. 1200 yerlik məktəbdə 2500 şagird oxuyur. Təklif edirəm ki, dövlət proqramı qəbul edilsin və tədricən əlavə korpuslar tikilsin”.


Müəllif: Nemət