27 Noyabr 2022 18:44
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada 326 nəfər vaksinasiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 72, ikinci doza vaksinlərin sayı 58 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 171-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 25 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 921 387 olub.


Müəllif: Teleqraf.com