29 Noyabr 2022 11:34
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu günə qədər Elm və Təhsil Nazirliyini tənqid etməmişəm, gözləmişəm ki, bəlkə yanaşmaları dəyişər. İmişlidə işə ehtiyacı olanlar qapılarını döyür, icra hakimiyyətinin qarşısına toplanır - niyə həll etmirsiniz? Atama, qardaşıma, bacıma, qohum-əqrabama görə xahiş etmirəm ki?.. İmişlidə neçə aylardır ki, yalnız texniki işlər üzrə 38 vakansiya var. Niyə ora uyğun insanları təyin etmirsiniz?”

Teleqraf.com xəbər verir ki, bunu parlamentin iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, Elm və Təhsil Nazirliyində yalnız nazir müavini Firudin Qurbanovla danışa bilir.

Onun sözlərinə görə, digər müavinlər telefonu da açmır, hörmətsizlik edirlər:

"Bir də Bakı şəhəri üzrə Təhsil idarəsinin müdiri Mehriban Vəliyeva ilə danışmaq və haqlı məsələləri həll etmək olur. Hər ikisinə təşəkkür edirəm. Elm və Təhsil Nazirliyini anlamaqda çox çətinlik çəkirəm. Deyim ki, elmimiz və təhsilimiz yüksək səviyyədədir, bu da yalan olar. Bəs bu qədər özgüvən, saymazlıq, laqeydlik haradan və nədən qaynaqlanır? Bu suala cavab tapmaqda kömək istəyirəm”.


Müəllif: Nemət