29 Noyabr 2022 12:39
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Siyasi partiyalar haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, layihəni vitse-spiker Fəzail İbrahimli təqdim edib.

Fəzail İbrahimli deyib ki, parlamentdə təmsil olunan 11 partiya sədri spiker Sahibə Qafarovaya müraciət edərək belə bir qanun layihəsinə ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” qanun 30 il əvvəl qəbul edilib: “Belə bir qanun layihəsinı ehtiyac var idi. Spikerə təşəkkür edirəm ki, bu müraciətə müsbət reaksiya verdi və üç komitəyə göstəriş verildi ki, qanun layihəsini hazırlasın”.

Deputat əlavə edib ki, qanun layihəsi parlamentdə təmsil olunan partiya nümayəndələri, mütəxəssislərin iştirakı ilə müzakirə edilib. Eyni zamanda layihə QHT-lər, politoloqlar və ziyalılarla da müzakirə olunub: “İctimai müzakirələr də göstərdi ki, hər kəs belə bir qanunun qəbulunu vacib sayır. Sonradan layihəyə 66 dəyişiklik edildi. İndi son variant deputatlara təqdim edilib”.


Müəllif: Nemət

Oxşar xəbərlər