“Partiya sədri tanıyıram ki, rəhbərlik etdiyi təşkilatın möhürünü hara qoyub, yadına düşmür. Həyat yoldaşı belə onun partiyasına üzv olmur ki, deyir səndən siyasətçi olmaz. Elə partiya sədri var ki, partiyasının adı üzvlərinin sayından çoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.
O əlavə edib ki, yeni qanun layihəsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu məsələlər həllini tapsın:
“Siyasi partiyalara hörmət olmalı və nüfuzu qalxmalıdır. İnsanlar var ki, cibində 5-6 partiyanın vəsiqəsini gəzdirir. Bir nəfər bir neçə partiyanın üzvü olmamalıdır. Bir ara siyasi partiya yaratmaq dəb halına çevrilmişdi. İndi başqa dövrdür”.