Milli Məclis “Siyasi partiyalar haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
Teleqraf.com xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı parlamentdə təmsil olunan siyasi partiyaların əksər sədrləri danışıb.
Əsas mübahisə yaradacaq məsələ siyasi partiya sədrlərinin xalqın adından danışıb-danışmamaq hüququna dair olub.
Vitse-spiker Fəzail İbrahimli Azərbaycan konstitusiyasının 4-cü maddəsini əsas gətirib, bildirib ki, bu maddə xalqı təmsil etmək hüququnu nəzərdə tutur: “Bu maddədə konkret bildirilir ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Bu, siyasi partiya sədrlərinə də aiddir”.
Sonda qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.