29 Noyabr 2022 17:21
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədris proqramına uyğun olaraq yüksək hərbi biliyə və təcrübəyə malik zabitlər tərəfindən kursantlara müxtəlif snayper silahlarının taktiki-texniki xüsusiyyətləri və onların istismar qaydaları öyrədilir. İştirakçıların snayper silahından istifadə vərdişlərinin artırılması üçün praktiki atışlar icra edilir.

Hərbi qulluqçuların döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim ediləcək.


Müəllif: Teleqraf.com