30 Noyabr 2022 12:12
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) e-costoms.gov.az portalı vasitəsilə göstərdiyi elektron xidmətlərin sayını artırmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda keçirilən "Ticarət və İxracat Forumu"nda (TEF-2022) Komitənin Gömrük tariflərinin tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin, Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev bildirib.

“Bu portal gömrük xidmətlərinin səviyyəsinin artırılması məqsədilə istifadəyə verilib. Artıq burada 18 elektron xidmət var. Həmin xidmətlərin sayının yaxın vaxtlarda 30-a çatdırılması gözlənilir", - deyə o qeyd edib.


Müəllif: Mənbə/Report