"Xəzər TV"də yayımlanan “Təsir dairəsi” verilişində qalmaqal baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında baş verib.
Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb.
Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.