13 Dekabr 2014 15:19
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lüksemburq knyazlığının rəsmi qəzeti olan "Luxemburg Wort"un 1 dekabr 2014-cü il tarixli sayında Diana Hoffmanın sözügedən Avropa ölkəsində "Qarabağ" Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasiminə həsr edilmiş böyük bir məqaləsi dərc edilib.

Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun sözlərinə görə, "Bizi nə birləşdirir? Nə bizi ayırır?" adlı məqalədə müəllif Azərbaycanın son 10 ildə siyasət, iqtisadiyyat və mədəniyyət sahəsindəki nailiyyətləri barədə geniş bəhs edərək, mərasimin rəsmi hissəsindəki çıxışları şərh edib. O, Azərbaycan rəssamlarının əsərlərinin rənglərinin koloritliyinə valeh olduğundan, istedadlı kamança ifaçısı İmamyar Həsənovun ifasında səslənən musiqimizə heyranlığından bəhs edib.

Daha sonra Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin çıxışına diqqət yetirən D.Hoffman, dünya şöhrətli bəstəkarın söylədiyi faktı xüsusi vurğulayıb: "Bu gün də qaçqın ailələrindən Qarabağ xanəndəlik məktəbinə xas olan üslubda "Qarabağ şikəstəsi"ni gözəl oxuyan uşaqlar meydana çıxırlar. Hərçənd, onlar heç vaxt Qarabağı görməyiblər, çünki məlum olduğu kimi, 20 ildən çoxdur Qarabağ işğal altındadır.

Onlar öz genlərində xanəndəlik ənənələrini daşıyırlar, hansını ki, nə saxtalaşdırmaq, nə də təqlid etmək mümkün deyil" .

Nərmin


Müəllif:

Oxşar xəbərlər