Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinə müdir təyinatı olub.
Teleqraf.com xəbər verir ki, bu vəzifəyə jurnalist Səmayə Məmmədova təyin edilib.
Səmayə Məmmədova bundan əvvəl Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsində çalışırdı.