2 Dekabr 2022 16:02
299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Sumqayıt Regional Mərkəzinin və onun əhatə etdiyi ərazidə yerləşən Nazirliyin qurumlarının struktur bölmələri ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda birgə qərargah məşqi keçirilib.

Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.

Birgə qərargah məşqinin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Nazirliyin qurumlarının birgə fəaliyyət mexanizminin daha da təkmilləşdirilməsi, əməliyyat tədbirlərinin reallığının yoxlanılması, əməliyyat şəraitinin qiymətləndirilməsi, operativ qərarların qəbul edilməsi, qüvvə və vasitələrin idarə edilməsi üzrə müvafiq heyətin peşəkar vərdişlərinin artırılmasından ibarət olub.

Məşqin gedişində əsas diqqət fövqəladə hallar zaman qurumların birgə fəaliyyət mexanizminin daha da təkmilləşdirilməsi, əməliyyat planlarının reallığının yoxlanılması və komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılmasına yönəlib.

Uğurla icra edilən məşqdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com