2 Dekabr 2022 23:46
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 46 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 189 nəfər müalicə olunaraq sağalıb, hazırda 259 aktiv xəstə var. Bu günə qədər 9 983 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 566, bu günə qədər isə ümumilikdə 7 378 848 test icra olunub.


Müəllif: Teleqraf.com