3 Dekabr 2022 10:13
313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib.

Aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.


Müəllif: Teleqraf.com