3 Dekabr 2022 12:57
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinat olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazir Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinin icrası şöbə müdirinin müavini Elmir Ağayevə həvalə edilib.

Xatırladaq ki, bundan öncə şöbə müdiri olan İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib, nazir müavini Elnur Əliyev vəzifəsindən azad olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər