6 Dekabr 2022 12:41
1 941
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xəbər başlıqlarında iki nöqtədən sonra hərf balaca ilə yazılmalıdır”.

Bunu Teleqraf.com-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli deyib.

Son zamanlar yazılı mediada xəbər başlıqlarında iki nöqtədən sonra hərflərin böyüklə yazılması çox tez-tez rastlanan hallardır. Nadir Məmmədli hesab edir ki, bu yalnışdır.

“İki nöqtədən sonra hərf bir şərtlə böyüklə yazıla bilər. Belə ki, iki nöqtə qoyulub, dırnaq açılır və çıxışçının sözündən sitat gətirilir. Əks halda bu balaca ilə yazılmalıdır. Bu məsələ lüğətin problemi deyil. Bu punktuasiyanın problemidir. Punktuasiya ayrıca bir sahədir- durğu işarələrindən bəhs edən elmin bir qoludur”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər