6 Dekabr 2022 11:34
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaşlı aktyorlar təqaüdə göndərilir. Sənətkarın yaşı olmaz. Ona qalsa şair 75 yaşında şeir yazmamalıdır ki, qocadır? Teatr direktorları sanki özlərinə ölkə yaradıb, özünü də rəhbər kimi aparırlar”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Aqil Abbas deyib.

O bildirib ki, ölkənin ən yaxşı aktyorlarından biri Tariyel Qasımovdur:

“Onu və başqalarını təqaüdə göndəriblər. Bunlar 260 manat təqaüdlə yaşasın? Onların yaşına uyğun rollar ola bilər. Seyid Şuşunski 70 yaşına qədər oxuyub. İndi oxumasın ki, təqaüd yaşındadır? Xahiş edirəm, bu məsələyə dair Mədəniyyət Nazirliyi ciddi ölçü götürsün”.


Müəllif: Nemət

Oxşar xəbərlər