Prezident İlham Əliyevin imzaladığı sərəncamla Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sərəncama əsasən, o, Azərbaycanın daxili işlər orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, dekabrın 7-də 70 yaşı tamam olmuş Oruc Zalov daxili işlər nazirinin müavini vəzifəsində çalışır. O, polis general-leytenantıdır.