9 Dekabr 2022 11:21
254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələrini üçüncü oxunuşda qəbul edib.

Teleqraf.com xəbər verir ki, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, növbəti ildə fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək.

Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.

İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulub.


Müəllif: Nemət

Oxşar xəbərlər