“Deputat seçildiyim Neftçala rayonunda içməli su problemi mövcud idi. İki il əvvəl məsələ qaldırıldı və qısa müddətdə bu problem həllini tapdı. Hazırda kəndlərin içməli su problemi həll olunur”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Sabir Rüstəmxanlı deyib.
O əlavə edib ki, hazırda orada yeni bənd çəkilir və ərazinin torpaqlarının şoranlaşmasının qarşısını alınır:
“Seçildiyim rayonda bir sıra başqa istiqamətdə də işlər aparılır. Bu işlərin dayanmamasını istərdim. Qaz problemi də var. Xahiş edirəm ki, bu məsələyə də diqqət ayrılsın. Görülən işlərlə bağlı Baş nazir Əli Əsədova və digər nazirlərə təşəkkür edirəm”.