Bakı Şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi aksiya ilə bağlı məlumat yayıb.
İdarədən Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, dekabrın 14-də Yasamal rayonundakı keçmiş “Məhsul” stadionundaMüsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 16.00-dək davam edən toplantıda partiyanın 400 nəfərədək üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.