9 Dekabr 2022 12:53
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda medalların verilməsinə nəzarət etmək lazımdır. Medallar həm də haqq edən şəxslərə verilməlidir. Biz ayrı-ayrı qurumlarla bağlı müəyyən addımlar atırıq. Lakin medalların verilməsi məsələsi özü ilə bərabər bəzi problemləri də gətirdi”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdən görürük ki, 44 günlük müharibə zamanı yüzlərlə insana layiq olmadığı halda orden və medallar verilib:

“Bundan əlavə Mərkəzi Seçki Komissiyası müstəqilliyimizlə yaşıddır və onunla bağlı orden və medalların təsis olunması yönündə zəruri addımların atılması vacibdir. Məsələn, MSK-nın katibi Mikayıl Rəhimovun bu yaxınlarda 60 yaşı tamam oldu. Lakin dövlətçiliyimizə xidmətlərinə görə medala layiq olduğu halda, o, təltif edilmədi. Digər tərəfdən, 87 yaşlı yazar Əlisa Nicatın da problemi vətəndaşlar tərəfindən həll olundu. Onsuz da yazıçılarımızın sayı 5-6 nəfərdir, çox deyil. Onların problemi hökumət tərəfindən həll edilə bilərdi. Şair Məmməd İsmayılın 83 yaşı oldu, ona da heç bir ad verilmədi. Layiq olmayanlara o qədər orden və medallar verilib. Layiq olanları niyə onların gözünə qatmırıq? Qurumların rəhbərliyində olan şəxslər kimi istəyirlərsə, onun adını yazıb verirlər, ordenə layiq olanlar qalır kənarda. Bu məsələyə nəzarətin gücləndirilməsinin vacib olduğunu hesab edirəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər