9 Dekabr 2022 13:35
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Burada mənim həmkarlarım danışdı, mən vaxt almamaq üçün bu fikirləri yenidən təkrarlamaq istəmirəm. Vaxtı ilə Bakıda Araz radiostansiyası fəaliyyət göstərirdi. Gedib Kremlin yanında oturub onu dinləyə bilirdin. Hər yerdə bu radionu dinləmək mümkün idi. İndi texnika, texnologiya inkişaf edib, amma problem qalır. Bu məsələ həllini tapmalıdır. Müasir texnologiyanın inkişaf etdiyi dövrdə bizim hava məkanımıza asanlıqla daxil olmamalıdır. Bu məsuliyyətsizlikdən doğur”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Deputat xatırladıb ki, Azərbaycan prezidentinin xaricdə yaşayan soydaşlarımzla bağlı məlum və məşhur çıxışından sonra burada da müəyyən məsələlər səslənir: “Mən hesab edirəm ki, qaldırılan məsələlər həll edilməlidir.

Bizim ölkəmizdə yaşayan vətəndaşlarımızdan dəfələrlə çox soydaşımız xaricdə, müxtəlif ölkələrdə yaşayır. Onların hamısında məktəb açmaq mümkün deyil. Amma elə bir kanal açmaq olar ki, Azərbaycan dili, ədəbiyyatı, tarixindən danışlsın. Demirəm ki, bu iş mənə tapşırsınlar. Bu işi bilənə versinlər, mütəxəssislər toplaşsın. Bu televizya səhərdən axşama dərs keçsin. Bu olacaq qlobal Azərbaycan məktəbi...”

Sabir Rüstəmxanlı qanun yaradıcılığı məsələsinə də diqqət yetirilməsini vacib sayıb: “İnzibati Xətalar Məcəlləsinə 2016-cı ildən bu yana 146 dəyişiklik edilib. Çoxu da rüsum və cərimələrin artırılması ilə bağlıdır. Mən anlayıram, müəyyən dəyişiklik olmalıdır. Amma qanunun müəyyən sabitliyi də vacibdir. Qanunun hədəfi olmalıdır. Mən bu günki dəyişiklikləri nəzərdə tutmuram. Sadəcə qanunvericilil yaradıcılığı, qanunu və onun straytei hədəflərinin düzgün müəyyən edilməsinin vacibliyini diqqətə çatdırmaq istəyirəm”.


Müəllif: Nemət