Oxşar xəbərlər
Azərbaycanda smarftonların qiyməti xarici ölkələrlə müqayisədə çox bahadır.
Teleqraf.com xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin iclasında deyib.
O bildirib ki, dələduzlar bu vəziyyətdən istifadə edib telefonu baha qiymət satırlar:
“Bu qiymətlərə nəzarət etmək, aşağı salmaq lazımdır. Qoy 200 dollar fərq olsun, ancaq 500 dollar yox”
Həmzəyev həmçinin mobil telefonların qeydiyyata alınması üçün 150 manatlıq rüsumu da ləğv etməyi təklif edib:
"İstanbul hava limanından gələrkən soydaşlarımız xahiş edirlər ki, hansısa mobil telefonu Bakıya gətirsinlər. Adam utanır. Hesab edirəm ki, bu məsələləri nəzərə almaq lazımdır”.