10 Dekabr 2022 17:52
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, FHN Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə əhalinin fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, təbii və texnogen xarakterli qəzalar zamanı davranış qaydaları barədə məlumatlandırılması məqsədi ilə Bakı Dövlət Universitetində “Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə gənclərin baxış prizmasında” mövzusunda elmi konfrans keçirilib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, konfransda Bakı şəhəri ali məktəblərinin tələbə elmi cəmiyyətlərinin fəalları, iş istiqamətləri həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı olan ali məktəblərin kafedra və fakültələrinin müəllim, professor heyəti, aspirant və tələbələr iştirak ediblər.

Elmi konfransı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov tədbirin əhəmiyyətindən bəhs edib, fövqəladə hallar, mülki müdafiə və yanğınlarla mübarizə sahəsində elmi yeniliklərin tətbiqinin vacibliyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.

Sonra Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək keçirilən konfransın tələbələrdə fövqəladə hallarla mübarizə üzrə elmi araşdırmalara böyük maraq yaradacağını qeyd edib. Öz növbəsində elmi konfransın təşkilində universitet rəhbərliyinə minnətdarlığını bildirib

Konfransda çıxış edən ATGTİ-nin sədri Pərviz Mirələmli tələbələrin maariflənməsi və bu sahədə görülən işlər barədə bəhs edib. Həmçinin, natiq bu kimi tədbirlərin digər ali təhsil müəssiələrində də təşkil olunmasının əhəmiyyiətini qeyd edib.

Sonra konfransda tələbələr “Münaqişə ocaqlarında ilkin həyat təminatı problemi”, “Siyasi münaqişələrin yol açdığı fövqəladə hallar”, “Radiasiya qəzalarının yarada biləcəyi təhlükə və fəsadlar”, “Fövləqadə halların nəticələrinin aradan qaldırılmasında dronların tətbiqi imkanları”, “Fövqəladə hallar zamanı əhalinin xəbərdar edilməsi”, “Meşə yanğınları ilə mübarizə” və “Fövqəladə hallar zamanı tibbi və psixoloji yardım” mövzularında təqdimatla çıxış ediblər.

Konfransda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu barədə videoçarx nümayiş etdirilib, iştirakçılara sertifikatlar təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər