Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun övladlarına aid olduğu iddia edilən daha bir neçə villanın peyk görüntüləri yayılıb.
Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bildirilir ki, villaların 2-si Gənclikdə (Milyonçular məhəlləsində), biri isə Nardaranda yerləşir.
Milyonçular məhəlləsində (207 saylı orta məktəbin yaxınlığında) yerləşən yanaşı villaların sahəsi 2,966 kv.m və 3.898 kv.m-dir.
Nardaranda yerləşən dənizə açılan villanın sahəsi isə 11.872 kv.m-dir.
Qeyd edək ki, DTX Naxçıvanda antikorrupsiya əməliyyatları aparır. İndiyə qədər yüz milyonlarla manat həcmində korrupsiya faktı üzə çıxarılıb.