İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb.
"Azəriqaz" İB-dən Teleqraf.com- a verilən məlumata görə, qəza-bərpa xidmətinin əməkdaşları qeyd olunan rayonlara ezam olunub.
"Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5 min abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır", - məlumatda deyilir.