9 May 2014 13:44
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 22:00-dan etibarən yolun xətlənməsi işlərinin aparılması ilə əlaqədar Bakının Əliyar Əliyev küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə cümə günü Teleqraf.com-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, konkret olaraq avtomobillərin hərəkəti Heydər Əliyev prospektindəki körpüdən ("Bağırov körpüsü") Əliyar Əliyev küçəsindəki körpüyədək ("Çermet körpüsü") olan hissədə məhdudlaşdırılacaq.


Müəllif: