Ötən gündən etibarən Azərbaycan vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin və mülki insanların Xankəndi-Gorus yolunun Şuşa istiqamətdən keçən hissəsini bağlaması artıq separatçıları təşvişə salıb.
Teleqraf.com erməni mediasına istinadən bildirir ki, dünən gecə Xankəndi-Gorus avtomobil yolunda yaranan tıxac səbəbindən bir çox erməni geri qayıdıb.
Erməni kişilər isə gecəni yollarda olan avtomobillərində keçirməli olublar.
Qeyd edilir ki, hazırda yolun açılmasını yüzlərlə erməni gözləyir, avtomobillərin növbəsi isə bir kilometrdən çoxdur.
Məlumat üçün deyək ki, aksiya keçirən azərbaycanlı fəallar Qarabağda ekoloji soyqırımına son qoyulmasını, sülhməramlı kontingentin ədalətli olmasını tələb edirlər.