Azərbaycana idxal olunan malların gömrük dəyərinin müəyyənləşdirilməsi ilə bağlı problem illərdir ki, davam edir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
“İdxal qiymətlərinə məhsulun qablaşdırılmasından materialına qədər müxtəlif amillər təsir edir. Məsələn, mineral suyun qiyməti onun şüşədə və yaxud plastik qabda olmasından aslı olaraq dəyişir. Bundan başqa, daşıma xərcləri ilə qiymətə təsir edir. Məsələn Türkiyə maşınları 2 min dollara mal gətirirsə, Azərbaycan maşınları boş qayıtmasın deyə daha aşağı qiymətə mal gətirir”, - deyə o qeyd edib.