Yaxın günlər ərzində ölkədə hava şəraitini nisbətən yüksək atmosfer təzyiqi sahəsi təyin edəcək. Şuşada, Kəlbəcərdə və Laçında yaxın günlərdə hava şəraitinin yağmursuz keçməsi proqnozlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, səhər və axşam saatlarında hava dumanlı olacaq:
“Gecə saatlarında şaxta 2 dərəcədən 7 dərəcəyə kimi olacaq. Gündüz saatlarında isə temperaturun müsbət olması proqnozolaşdırılır. Günorta saatlarında 3-5 dərəcə isti olacağı gözlənilik. Lakin səhər saatlarında və axşama doğru temperatur bir qədər enərək 0 - -2, -3 dərəcə intervalında dəyişəcək.
Respublikanın digər rayonlarında həftənin sonuna kimi əsasən yağmursuz hava şəraiti olacaq. Dekabrın 16-da bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var”.