14 Dekabr 2022 12:33
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri üçün keçirdiyi onlayn sorğu nəticəsində məlum olub ki, onların gömrük xidmətlərindən ümumi məmnunluq dərəcəsi 80-84 %-dir.

Teleqraf.com xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, sorğu elektron xidmətlərdən istifadə, gömrük orqanlarında islahatlar, şəffaflıq, gömrük qanunvericiliyi və s. mövzuları əhatə edib, eyni zamanda gömrük xidmətlərinin daha da inkişaf etdirilməsi üçün müvafiq təkliflərin verilməsi üçün şərait yaradıb.

222 xarici ticarət iştirakçısının təqdim etdiyi cavablarda ümumi məmnunluq dərəcəsi 80 %, 313 gömrük təmsilçisinin təqdim etdiyi cavablarda isə ümumi məmnunluq dərəcəsi 84 % təşkil edib. Respondentlər ümumilikdə 295 təklif irəli sürüblər.

Hər iki sorğunun nəticələri və verilən təkliflər dəyərləndirilib.

Gələcəkdə bu kimi sorğuların mütəmadi keçirilməsi nəzərdə tutulub. Komitə belə sorğularda aktiv iştiraka çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər