Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda Gəncə, Naftalan şəhər, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.
Qəbuldan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri bölgə şöbəsinin məsul şəxsinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.