14 Dekabr 2022 20:14
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün DSX-nin hərbçisi, Qubadlıda yerlən N saylı hərbi hissəsində ürək tutmasından, Müdafiə Nazirliyinin hərbçisi isə Ağdamda yerləşən N saylı hərbi hissəsində özünü gülləyərək vəfat edib.

Teleqraf.com xəbər verir ki, sosial mrdiada hər iki hərbçinin fotosu yayılıb. Fotoda sağdakı DSX-nın Qubadlı N saylı hərbi hissəsinin hərbçisi, 2004-cü il təvəllüdlü İmişlinin Aranlı kənd sakini Ələkbərli Miran Qamət oğlu ürəktutmasından vəfat edib.

Müdafiə Nazirliyinin Ağdam N saylı hərbi hissəsinin hərbiçisi, 2004-cü il təvəllüdlü Lənkəranın Liman şəhər sakini Əsgərli Aslan Əkbər oğlunun silahdan atəş açmaqla özünü öldürdüyü deyilir.

Hər iki hadisə rəsmi olaraq təsdiqlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər