Şuşa-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasının iştirakçıları və sülhməramlılar dünya çempionatının yarımfinal oyunu - Fransa-Mərakeş qarşılaşmasını birlikdə izləyir.
Bunun üçün İctimai Televiziya həmin ərazidə iri monitorlar quraşdırıblar.
***
22:00
Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən ekofəallar bu gün Qətərdə keçirilən dünya çempionatının ikinci yarımfinal oyununu - Fransa Mərakeş qarşıdurmasını izləyə biləcəklər.
Teleqraf.com xəbər verir ki, bunu İctimai Televiziyanın xəbər aparıcısı Nərmin Salmanova sosial şəbəkə hesabında bildirib.
"Şuşa-Xankəndi yolunda sülhməramlılar “İTV Xəbər”ə baxırlar.
Əslində isə aksiya iştirakçıları gecə rahat futbola baxsın deyə İctimai Televiziya həmin məkanda oyunu yayımlamaq üçün ekranlar quraşdırıb".